Rusiya özünü dünyadan TƏCRİD edir – Ən ağır zərbə yenə miqrantlara dəyəcək

Rusiyanın kürkünə birə düşüb. Hər tərəfdən sıxışdırıldığını görən Moskva çarəni interneti kəsib özünü dünyadan təcrid etməkdə görür.  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ölkədə mobil internetin bağlanması Kiyevdən gələn təhlükə ilə bağlıdır. Onun sözlərinə görə, vətəndaşların təhlükəsizliyi prioritet məsələdir, çünki təhlükə göz qabağındadır.

Xatırladaq ki, Ukraynanın pilotsuz uçan aparatlarının hücumlarına qarşı mübarizə vasitəsi kimi mobil internetin kəsilməsi Rusiyada ilk dəfə olaraq mayın 6-da tətbiq edilib. Təhlillərin nəticələrinə əsasən, bu üsul effektiv hesab edilib və ondan daim istifadə edilməsinə dair qərarlar qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI :

Rusiyanın yeni Cənubi Qafqaz PLANI – Azərbaycan və azərbaycanlıların hədəf alınmasının GİZLİ DETALLARI


Rusiya vətəndaşları oflayn yaşamağa hələ öyrəşə bilmədiyi üçün şikayətlənir. Amma burada ən böyük zərbə yenə də miqrantlara dəyir. Onsuz da sosial və hüquqi baxımdan sıxışdırılan bu təbəqə belə vəziyyətlərdə daha da təhlükəli və təcrid olunmuş duruma düşür.

Miqrantların əksəriyyəti Rusiyada tək yaşayır, ailəsi isə doğma ölkədədir. Onlar gündəlik əlaqəni mobil internet vasitəsilə – zəng və videozənglərlə təmin edirlər.

Bundan başqa bir çox miqrant qısa müddətli və qeyri-rəsmi işlərlə dolanır. Bu işləri tapmaq və icra etmək üçün mobil tətbiqlərə ehtiyac duyulur. Rabitənin kəsilməsi işsiz qalmaq riskini artırır.

Həmçinin miqrantlar üçün qeydiyyatlar və digər hüquqi prosedurların çoxu onlayn aparılır. İnternetin olmaması sənədlərin gecikməsi və qanunsuz statusa düşmək ehtimalını artırır. Onsuz da diskriminasiya ilə üzləşən miqrant cəmiyyətlə olan-qalan əlaqəsini də belə itirir. Böyük ölkədə, bu qədər problemlərin və təhlükənin içində dərdini paylaşacaq yaxınlarına əli çatmır.


Əslində bu da bir növ sıxışdırılmadır, hətta ən ağırı – psixoloji qısnamadır.  Qorxu və ümidsizlik hissi yaşayan miqrantı daha da mütiləşdirmək niyyəti güdülür.

Rusiyanın “keçmişə dönüş”ünün pərdəarxası səbəbi nədir?

Siyasi ekspertlər bildirirlər ki, əslində Rusiya hakimiyyətinin əsas məqsədi canı boğazına yığılmış insanların bir-biri ilə əlaqə qurmasının və görüntü, məlumat yaymasının qarşısını almaqdır.

İnformasiyanın sosial şəbəkələr vasitəsilə yayılmasının məhdudlaşdırılması, aksiyaların miqyasını və təsir gücünü azaltmaq üçün təsirli vasitəyə çevrilib.

Buna görə də Rusiya hakimiyyəti informasiya axınını nəzarət altında saxlamaq üçün getdikcə daha sərt addımlar atır. Bu, informasiya blokadası əhalinin xarici mənbələrdən məlumat əldə etməsinə mane olmaq üçündür.

Bu, həm əhalinin informasiya paylaşımını məhdudlaşdırmaq, həm də elektron kəşfiyyatın qarşısını almaq məqsədi daşıyır.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şokoladla bağlı bunları BİLİRDİNİZ?

Şokoladla bağlı bunları BİLİRDİNİZ?

Paşinyan Pezeşkianı İrəvana DƏVƏT ETDİ

Paşinyan Pezeşkianı İrəvana DƏVƏT ETDİ

"Tramp mənə dedi ki..."

"Tramp mənə dedi ki..."

Az yaşayan YEGANƏ BÜRC

Az yaşayan YEGANƏ BÜRC

Rusiyada 2 hava limanı BAĞLANDI

Rusiyada 2 hava limanı BAĞLANDI

“Bulvarda kino axşamı" adlı yeni layihəyə START VERİLDİ - FOTO

“Bulvarda kino axşamı" adlı yeni layihəyə START VERİLDİ - FOTO

Sumqayıtda 50 yaşlı kişi BIÇAQLANDI

Sumqayıtda 50 yaşlı kişi BIÇAQLANDI

Gimnastlarımızdan növbəti QIZIL MEDALLAR

Gimnastlarımızdan növbəti QIZIL MEDALLAR

Prezident: “Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var”

Prezident: “Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var”

Pul, karyera, sevgi: Yayın ortası 3 bürcə uğur gətirəcək

Pul, karyera, sevgi: Yayın ortası 3 bürcə uğur gətirəcək

Xankəndidə TƏSİRLİ ÇIXIŞ: “Artıq mən olmayacaqdım...” - VİDEO

Xankəndidə TƏSİRLİ ÇIXIŞ: “Artıq mən olmayacaqdım...” - VİDEO

Bernardeskinin YENİ KLUBU məlum oldu

Bernardeskinin YENİ KLUBU məlum oldu

Prezident: “Separatçılığı dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır” - VİDEO

Prezident: “Separatçılığı dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır” - VİDEO

Bakının məşhur qəsəbəsi plana düşdü: SÖKÜLÜR

Bakının məşhur qəsəbəsi plana düşdü: SÖKÜLÜR

İlham Əliyev: “Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır”

İlham Əliyev: “Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır”

Prezident: “Fransa ilə Yeni Kaledoniya arasında baş verənlər tarixi presedentdir”

Prezident: “Fransa ilə Yeni Kaledoniya arasında baş verənlər tarixi presedentdir”

ADSEA jurnalistləri Milli Mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO

ADSEA jurnalistləri Milli Mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO

“Donald Trampa çox minnətdarıq” - İlham Əliyev

“Donald Trampa çox minnətdarıq” - İlham Əliyev

İlham Əliyev: "İftira kampaniyalarına cavab verməyə qadir mediamız var" - VİDEO

İlham Əliyev: "İftira kampaniyalarına cavab verməyə qadir mediamız var" - VİDEO

İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə

İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə

İlham Əliyev: “Biz xarici investorları enerji sektoruna cəlb edirik”

İlham Əliyev: “Biz xarici investorları enerji sektoruna cəlb edirik”

Prezident: “Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır” - VİDEO

Prezident: “Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır” - VİDEO

"Aparıcılar onları reytinq üçün efirə çıxarıb, ələ salırlar"

"Aparıcılar onları reytinq üçün efirə çıxarıb, ələ salırlar"

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı MESAJ: “Bizim ərazimizdə heç bir icarədar ola bilməz”

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı MESAJ: “Bizim ərazimizdə heç bir icarədar ola bilməz”

End of content

No more pages to load

RADİO