İranın Simnan əyalətinin Əmiriyə bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə İran KİV-ləri yazıb.
Bildirilib ki, yerli vaxtla saat 4:46-da meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində hər hansı xəsarət və ya dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, iyulun 15-də də sözügedən bölgədə 4.7 bal gücündə zəlzələ olub.
Bizim.Media