Ukraynanın sabiq müdafiə naziri Rüstəm Umerov Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Əmr imzalayıb.
Zelenski başqa bir Əmrlə bu vəzifədən Aleksandr Litvinenkonu azad edib.
Xatırladaq ki, Ukraynanın ABŞ-dakı səfiri postuna Umerovun namizədliyi nəzərdən keçirilsə də, bu plan baş tutmayıb. Ukrayna Ali Radasının keçmiş deputatı İqor Mosiyçukun iddiasına görə, ABŞ Dövlət Departamenti Ukrayna Xarici İşlər Nazirliyini rəsmi şəkildə xəbərdar edib ki, Amerika qanunvericiliyinə əsasən, ABŞ vətəndaşı başqa bir ölkəni bu ölkədə – yəni ABŞ-da təmsil edə bilməz.
Eyni zamanda Umerovun ABŞ vətəndaşlığına dair rəsmi təsdiqlənmiş sənədlər ictimaiyyətə təqdim olunmayıb.
Nəticədə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfir vəzifəsinə Umerovun əvəzinə ölkənin keçmiş baş nazir müavini Olqa Stefanışinanın namizədliyini irəli sürüb.
Bizim.Media