ABŞ Prezidenti Donald Tramp ayaqlarında yaranan yüngül şişkinlik və qolundakı göyərmələr səbəbindən tibbi müayinədən keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Hill" nəşri Ağ Evin yaydığı rəsmi açıqlamaya istinadla məlumat yayıb.
Ağ Evin mətbuat katibi Karolina Levittin sözlərinə görə, Trampa hərtərəfli tibbi baxış keçirilib və damar sistemi də daxil olmaqla bir sıra diaqnostik testlər aparılıb.
Nəticədə məlum olub ki, 79 yaşlı Tramp yaşlı insanlarda geniş yayılmış xroniki venoz çatışmazlıqdan əziyyət çəkir.
Bizim.Media