Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ailəsi ilə birlikdə paytaxt Dəməşqi tərk etdiyi deyilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Mayadeen” öz mənbələrinə istinadən məlumat yayıb.
Suriya liderinin İsrailin hava hücumları fonunda paytaxtı tərk etdiyi güman edilir.
Nəşr yazır ki, bu gün Dəməşqdə baş verən güclü partlayışdan sonra Əməvi meydanı üç saatdan çox bağlı qalıb. (Qafqazinfo.az)
Bizim.Media