Ərdoğan Suriyadakı proseslər HAQDA: “Əl Şaraa bu çətinliklərin də öhdəsindən gələcək”

Türkiyə regionda baş verə biləcək istənilən ssenariyə qarşı tədbirlər görür.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Suriyadakı proseslərə diqqət yönəldərək qeyd edib ki, qonşu ölkənin ərazi bütövlüyü məsələsi Ankaranın regional siyasətində əsas yer tutur.

“Biz Suriyanın parçalanmasını nəzərdə tutan planları dəstəkləməmişik, dəstəkləməyəcəyik. Suriyalı qardaşlarımızla birlikdə hadisələrin belə inkişafına imkan verməyəcəyik”, – deyə dövlət başçısı bildirib və vurğulayıb ki, “sabit Suriya qonşu ölkələr üçün də sabitlik mənbəyi olacaq”.

Ərdoğan Suriya xalqı və hökuməti ilə həmrəy olduğunu bəyan edib. Türkiyə prezidenti bu gün Suriyanın keçid dövrünün lideri Əhməd Əl Şaraa ilə telefon danışığı apardığını da bildirib.

“Biz Suriyada qan tökülməsinin dayandırılması istiqamətində atılacaq addımları müzakirə etdik. Əminəm ki, Suriya Əl Şaraa kimi güclü liderin rəhbərliyi altında bu çətinliklərin də öhdəsindən gələcək”, – deyə Türkiyə Prezidenti bildirib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə heç bir ölkəyə düşmən münasibət bəsləmir və digər dövlətlərin hüquq və suverenliyini pozmaq niyyətində deyil.

“Yeganə arzumuz regionda sakitlikdir”, – deyə Ərdoğan bildirib və Ankaranın bundan sonra da bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ilin 6 ayında korrupsiyaya görə 10 şəxs cinayət başında yaxalanıb

Bu ilin 6 ayında korrupsiyaya görə 10 şəxs cinayət başında yaxalanıb

Azərbaycan MDB-nin iclasından imtina etdi

Azərbaycan MDB-nin iclasından imtina etdi

Prezident Xocalının Təzəbinə kəndində - FOTO

Prezident Xocalının Təzəbinə kəndində - FOTO

Rusiyada WhatsApp BAĞLANIR? – Peskovdan XƏBƏRDARLIQ

Rusiyada WhatsApp BAĞLANIR? – Peskovdan XƏBƏRDARLIQ

Soyadların milli formaya uyğunlaşdırılması – Niyə LƏNGİYİR?

Soyadların milli formaya uyğunlaşdırılması – Niyə LƏNGİYİR?

31 il sonra qalıqları tapılan xaçmazlı şəhid doğma torpağında DƏFN EDİLDİ - FOTO

31 il sonra qalıqları tapılan xaçmazlı şəhid doğma torpağında DƏFN EDİLDİ - FOTO

ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Bakı-Naxçıvan avtobus reysi fəaliyyətə BAŞLADI

Bakı-Naxçıvan avtobus reysi fəaliyyətə BAŞLADI

Daha bir tanınmış reper SAXLANILDI

Daha bir tanınmış reper SAXLANILDI

Azərbaycanlı müəllim Ümrə ziyarətində qəfil vəfat etdi

Azərbaycanlı müəllim Ümrə ziyarətində qəfil vəfat etdi

Əməkdar artistdən QALMAQALLI AÇIQLAMA: “Dedim ki, bu da özünü kişi hesab edir?” - VİDEO

Əməkdar artistdən QALMAQALLI AÇIQLAMA: “Dedim ki, bu da özünü kişi hesab edir?” - VİDEO

Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi - FOTO

Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi - FOTO

İlham Əliyev Ağdamda tarixi məscidin binasının açılışında – FOTO

İlham Əliyev Ağdamda tarixi məscidin binasının açılışında – FOTO

Belçika parlamenti SEPAH-ı terror təşkilatı kimi tanıdı - FOTO

Belçika parlamenti SEPAH-ı terror təşkilatı kimi tanıdı - FOTO

Paşinyan İrəvandakı "Artsax" binasını bağlayır

Paşinyan İrəvandakı "Artsax" binasını bağlayır

Bu həkimlərin maaşına əlavələr olunacaq

Bu həkimlərin maaşına əlavələr olunacaq

Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

Ağdamda uşaq bağçası istifadəyə verilib – FOTO

Ağdamda uşaq bağçası istifadəyə verilib – FOTO

Sabah da 41 dərəcə isti olacaq

Sabah da 41 dərəcə isti olacaq

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub - FOTO

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub - FOTO

İlham Əliyev Ağdamda – FOTO

İlham Əliyev Ağdamda – FOTO

Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə VİDA mərasimi keçirilir - FOTO

Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə VİDA mərasimi keçirilir - FOTO

"Nə oldu, Paşinyan?" mahnısının müəllifi həbs olundu

"Nə oldu, Paşinyan?" mahnısının müəllifi həbs olundu

ABŞ kəşfiyyatı Pezeşkianın İsrail bombasından xəsarət aldığını təsdiqlədi

ABŞ kəşfiyyatı Pezeşkianın İsrail bombasından xəsarət aldığını təsdiqlədi

End of content

No more pages to load

RADİO