Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Moskvadakı səfirliyinə etiraz notası təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, etiraza səbəb Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin ABŞ Silahlı Qüvvələrinin “Resolute Force Pacific” (“Qətiyyətli Sakit Okean Qüvvələri”) adlı genişmiqyaslı hərbi təlimlərində iştirakı olub.
Manevrlər iyulun 9-dan avqustun 4-dək, o cümlədən Rusiya Federasiyasının Uzaq Şərq sərhədlərinə yaxın ərazidə yerləşən hərbi təlim bazalarında keçirilir:
“Manevrlərin elan edilmiş məqsədi döyüşə yaxın şəraitdə Vaşinqton və Tokionun əməliyyat uyğunluğunu artırmaq, çəkindirmə və cavab tədbirləri potensialını inkişaf etdirməkdir. Eyni zamanda Özünümüdafiə Qüvvələri komandanlığı birbaşa eyham vurub ki, bu təlimlərin keçirilməsi zərurəti Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə tədbirlərinin artırılması ilə diktə edilib.
Rəsmi Moskva bu cür fəaliyyəti məsuliyyətsizlik və silahlı münaqişəyə hazırlıq əlamətlərini göstərən bir hərəkət kimi qiymətləndirir”.
Bizim.Media