Macarıstanın baş naziri Viktor Orban yenidən Ukraynanın Avropa İttifaqına qəbuluna qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, fikirləri Orban Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlanması fonunda səsləndirib.
“Biz əvvəlcə müəyyən etməliyik ki, Ukrayna necə ölkədir, onun sərhədləri haradan keçir, əhalisi kimdir. Hazırda biz hətta bilmirik ki, Ukrayna harada yerləşir”, deyə o, qeyd edib.
Baş nazir Avropa İttifaqının Ukraynanın statusu ilə bağlı hələ də dəqiq təsəvvürə malik olmadığını vurğulayıb.
Orbanın bu sözləri həm Ukraynanın ərazi bütövlüyü, həm də beynəlxalq hüquqda tanınan sərhədləri ilə bağlı sual doğuracaq şəkildə formalaşıb və diplomatik dairələrdə geniş rezonans doğurub.
Bizim.Media