ABŞ prezidenti Donald Tramp Amerika bazarı üçün içkilərin reseptini dəyişdirmək üçün "Coca-Cola" ilə razılığa gəldiyini açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da satılan məhsullarda bundan sonra təbii qamış şəkərindən istifadə olunacaq.
"ABŞ-da kolada əsl qamış şəkərinin istifadəsi barədə "Coca-Cola" ilə danışıqlar apardım və onlar razılaşdılar. "Coca-Cola"da qərar qəbul edən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə Tramp vurğulayıb.
Bundan əvvəl X5 Group prezidentı Yekaterina Lobaçeva demişdi ki, Coca-Cola Rusiyaya qayıdacağı təqdirdə heç bir imtiyaz əldə etməyəcək.
Bizim.Media