İsrailin milli təhlükəsizlik naziri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın aradan qaldırılmasına çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ben-Qvir videomüraciətində bildirib.
O bəyan edib ki, Yəhudi dövləti Suriya prezidentini tez bir zamanda hakimiyyətini dağıtmalıdır:
"Suriyadan yayılan şokedici görüntülər bir şeyi sübut edir: bir dəfə cihadçı olan, həmişə cihadçı qalır. Qətl edən, təhqir edən, zorlayan, sonra da bığını qırxıb görüntüsünü dəyişən insanlarla danışıq aparmaq mümkün deyil. Onlara qarşı yeganə yol Əl Şaraanın aradan qaldırılmasıdır”.
O əlavə edib ki, İsrail "ilanın başını əzməlidir".
Bizim.Media