İstanbul şəhər məhkəməsi, yerli prokuroru təhqir etdiyi ittihamı ilə həbs edilmiş şəhər bələdiyyə başçısı Əkrəm İmamoğlunu 1 il 8 ay azadlıqdan məhrum edib. Ancaq o, “terrorla mübarizə aparan şəxsləri hədəf göstərmək” maddəsi üzrə bəraət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Habertürk telekanalı yayıb.
Məlumata görə, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
İmamoğlunun işi üzrə məhkəmə iclasları İstanbulun Silivri həbsxanasında keçirilib. O, mart ayından bəri korrupsiya ittihamı ilə həbsdə saxlanılıb.
Xatırladaq ki, 23 mart tarixində İstanbul meri Əkrəm İmamoğlu məhkəmə qərarı ilə həbs olunmuşdu. Ona qarşı korrupsiya və terrorizmə yardım ittihamları irəli sürülmüşdü.
Bizim.Media