Dağıstanda stomatoloq qəbulu zamanı qeyri-adi hadisə baş verib: diş təmizləmə aparatı birbaşa pasiyentin ağzında partlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Hadisə həkimin köməkçisi cihazı pasiyentin ağzına yerləşdirdikdən dərhal sonra baş verib.
Partlayış həm stomatoloqu, həm də onun assistentini ciddi şəkildə qorxudub.
Ən maraqlısı isə odur ki, pasiyentin özü tam sakitliyini qoruyub.
Bizim.Media