İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın Livandakı hərbi düşərgələrinə zərbələr endirib.
Bizim.Media bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, zərbə endirilən düşərgədə "Hizbullah"ın hərbi qanadının elit "Radvan" bölmələri təlim keçib. Eyni zamanda, burada silah anbarlarının yerləşdiyi müəyyən edilib.
İsrail tərəfi qeyd edib ki, "Hizbullah"ın Livan ərazisindəki fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasına xidmət edir.
Bizim.Media