Suriya hökumət qüvvələri druzların nəzarətində olan Əs-Süveyda şəhərinə daxil olub və atəşə tutulublar.
Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Mənbə qeyd edir ki,, Suriya ordusuna qarşı hücumda İsrailin dəstəklədiyi druzlar iştirak ediblər.
Eyni zamanda Livan druzlarının lideri Viam Vəhhab bildirib ki, icma nümayəndələri Suriya hakimiyyətinin yeni rəhbərliyi ilə razılaşma əldə ediblər. Lakin onun sözlərinə görə, hökumət qüvvələri Süveydaya daxil olarkən onlarla birlikdə silahlı sünnilər də gəlib, bu isə əldə olunmuş razılaşmanın pozulması deməkdir.
Anadolu agentliyi yazır ki, qarşıdurma dünən səhər saatlarında druzların bədui ərəb tayfalarına məxsus bir neçə avtomobili ələ keçirməsindən sonra kəskinləşib. Tərəflər arasında atışma başlayıb və bir sıra dinc sakin girov götürülüb.
Mövcud məlumatlara görə, şiddətli döyüşlər nəticəsində azı 30 nəfər həlak olub, təxminən 100 nəfər isə yaralanıb.
Bizim.Media