ABŞ-ın sabiq kəşfiyyat əməkdaşı və analitik Skott Ritter bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin onun bütün tələblərinə tabe olmamasından dərin şəkildə təhqir olunub və alçaldılıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ritter YouTube kanalında yayımlanan çıxışında səsləndirib.
Ritterin sözlərinə görə, Tramp gözləyirdi ki, Rusiya lideri onun avtoritetini tanıyacaq və irəli sürdüyü bütün şərtlərə razı olacaq. Lakin bu, baş vermədi və nəticədə Trampın gözləntiləri puç oldu.
Analitik eyni zamanda Vaşinqtonun Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin verilməsi qərarını da sərt tənqid edib. Onun sözlərinə görə, bu qərar qeyri-ciddidir, çünki Ukraynada bu komplekslərdən istifadə edə biləcək mütəxəssislər yoxdur.
Ritter əlavə edib ki, belə texnikanı idarə etmək üçün yüksək ixtisaslı hərbçilər tələb olunur və Ukraynanın bu sahədə potensialı yoxdur. Üstəlik, əgər söhbət köhnəlmiş qurğulardan gedirsə, onlar Rusiya raketlərinə qarşı effektiv müdafiə təmin edə bilməz.
O, həmçinin vurğulayıb ki, Trampın Ukrayna ilə bağlı münaqişədə dəqiq və sistemli bir hərəkət planı yoxdur.
Xatırladaq ki, Donald Tramp bir neçə gün əvvəl britaniyalı jurnalistlərlə söhbətində Putinin davranışından "məyus olduğunu", lakin onunla "tamamən əlaqələri kəsmədiyini" demişdi.
Bizim.Media