İranın Məşhəd şəhərində, hava limanı yaxınlığında yerləşən bir obyektdə güclü partlayış baş verib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib və bu, Qum şəhərindəki Pərdisan yaşayış kompleksində baş vermiş partlayışdan cəmi bir neçə saat sonraya təsadüf edib.
Rəsmi mənbələr ilkin olaraq partlayışın səbəbi kimi qaz borusunda baş verən nasazlığı göstərsələr də, hadisənin dəqiq mənşəyi hələlik tam aydınlaşdırılmayıb. Amma yerli sakinlər və şahidlər partlayışın güclü səs və alovla müşayiət olunduğunu bildiriblər.
Bizim.Media