İsrail ordusuna məxsus pilotsuz uçuş aparatının Əs-Suveyda vilayətinin qərbində yerləşən bir hədəfi vurması nəticəsində Suriya Müdafiə Nazirliyinin 6 əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Suriya hökuməti məlumat yayıb.
Hadisədən öncə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti bildirib ki, Əs-Siccin və Samiya yaşayış məntəqələri arasında müşahidə olunan bir neçə Suriya zirehli texnikası Əs-Suveyda bölgəsinə çatmadan əvvəl hədəfə alınıb.
“Cənubi Suriyada tankların mövcudluğu İsrailin təhlükəsizliyi üçün təhdid yaradır. İDF cənubda hərbi təhdidlərin formalaşmasına imkan verməyəcək və onları zərərsizləşdirmək üçün tədbirlər görəcək”, - İsrail ordusunun açıqlamasında qeyd olunub.
Bizim.Media