Rustem Umerovun yerinə Ukraynanın Baş naziri Denis Şmıqal yeni müdafiə naziri ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.
“İndiki Baş nazir Denis Şmıqalın nəhəng təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq – məhz bu sahədə hazırda ölkədə maksimum resurslar, maksimum tapşırıqlar və böyük məsuliyyət var”, - deyə Zelenski qeyd edib.
O bildirib ki, Nazirlər Kabinetinin yeni konfiqurasiyasına deputatların kifayət qədər dəstəyinə ümid edir.
Bizim.Media