ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukrayna ilə razılıq əldə etməsi üçün 50 gün vaxt verib.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp NATO-nun Baş katibi Mark Rütte ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
ABŞ lideri bildirib ki, əgər Rusiya 50 gün ərzində Ukrayna ilə danışıqlarada irəliləyiş əldə etməsə, Moskvaya 100 % həcmində ikinci dərəcəli tariflər tətbiq ediləcək.
O bildirib ki, Ukraynadakı müharibənin tez bir zamanda bitməsini istəyir.
Bizim.Media