Mingəçevirdə paltar mağazasında yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə 20 yanvar küçəsində "Miss butik" paltar mağazasında baş verib.
Yanğının yaranma səbəbi kondisionerdə baş verən qısa qapanma olub. Hadisə zamanı mağazada bəzi mallara ziyan dəyib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Leyla Vəfadarqızı, Bizim.Media, Mərkəzi Aran bürosu