Dağıstanın Maqaramkənd rayonunda sudan zəhərlənənlərin sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, zəhərlənmə səbəbindən tibbi yardıma müraciət edənlərin sayı 450 nəfərə çatıb.
Məlumata görə, zəhərlənənlər arasında 422 uşaq var. Tibb müəssisələrindən 109 nəfər evə buraxılıb, daha 30 nəfər isə hələ də stasionar müalicə alır.
Bizim.Media