Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü qeyd olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də, xüsusi təyinatlı təhsil müəssisələrində Tovuz döyüşlərinin beşinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Bizim.Media-ya verilən məlumata görə, tədbirlər çərçivəsində Şəhidlər xiyabanlarına gələn Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhid ailələri, hərbi qulluqçular və müharibə iştirakçıları Tovuz döyüşlərində, eləcə də, torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər.

Çıxış edənlər Tovuz döyüşlərinin tarixi əhəmiyyətindən danışaraq bildiriblər ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribata əl atıblar. Mövqelərimizi ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozan qarşı tərəf artilleriya qurğularından da istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərib, lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Keçirilən tədbirlər zamanı Tovuz döyüşlərinin gənclərdə döyüş ruhunun, qələbə əzminin yüksəlməsində böyük rolu olduğu qeyd edilib. Həmçinin şəhidlərimizin vətənpərvərliyi və döyüş meydanında göstərdikləri şəxsi igidliklər xüsusi vurğulanaraq, onların xatirələrinin daima əziz tutulacağı əminliklə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yayda kababdan zəhərlənmə təhlükəsindən NECƏ QORUNAQ?

Yayda kababdan zəhərlənmə təhlükəsindən NECƏ QORUNAQ?

Bölgə təmsilçisi Portuqaliyadan futbolçu gətirir

Bölgə təmsilçisi Portuqaliyadan futbolçu gətirir

Ermənilərin soydaşlarımıza əsirlikdə verdikləri işgəncələri əks etdirən videokadrlar nümayiş etdirildi

Ermənilərin soydaşlarımıza əsirlikdə verdikləri işgəncələri əks etdirən videokadrlar nümayiş etdirildi

Şəbnəm İstanbulda: “Havada eşq qoxusu var” - VİDEO

Şəbnəm İstanbulda: “Havada eşq qoxusu var” - VİDEO

ABŞ Ukraynaya görə NATO ölkələrinə silah SATACAQ

ABŞ Ukraynaya görə NATO ölkələrinə silah SATACAQ

Sinaqoqa terror hücumu hazırlayarkən tutulan şəxslər məhkəmədə İFADƏ VERDİLƏR

Sinaqoqa terror hücumu hazırlayarkən tutulan şəxslər məhkəmədə İFADƏ VERDİLƏR

Qusarda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Qusarda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü münasibətilə tədbir keçirilib - FOTO

İspaniya klubunun futbolçusu “Trabzonspor”a KEÇİR

İspaniya klubunun futbolçusu “Trabzonspor”a KEÇİR

Siyəzəndəki güclü yanğın SÖNDÜRÜLDÜ

Siyəzəndəki güclü yanğın SÖNDÜRÜLDÜ

DİN motosiklet sürücülərinə MÜRACİƏT ETDİ - FOTO/VİDEO

DİN motosiklet sürücülərinə MÜRACİƏT ETDİ - FOTO/VİDEO

Balıq tutarkən çayda boğulan yeniyetmənin meyiti TAPILDI

Balıq tutarkən çayda boğulan yeniyetmənin meyiti TAPILDI

Kapital Bank 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini ELAN ETDİ

Kapital Bank 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini ELAN ETDİ

“Qəbələ” “Şamaxı”nı məğlub etdi

“Qəbələ” “Şamaxı”nı məğlub etdi

Londonda təyyarə qəzasında həlak olanların sayı AÇIQLANDI

Londonda təyyarə qəzasında həlak olanların sayı AÇIQLANDI

Sabah bu saatlarda çölə ÇIXMAYIN! - XƏBƏRDARLIQ

Sabah bu saatlarda çölə ÇIXMAYIN! - XƏBƏRDARLIQ

Tramp: “Azərbaycan və Ermənistan arasındakı danışıqlar uğurlu nəticə verəcək”

Tramp: “Azərbaycan və Ermənistan arasındakı danışıqlar uğurlu nəticə verəcək”

Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR

Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR

Millimizin üzvü üç klubla danışıq aparır

Millimizin üzvü üç klubla danışıq aparır

Motosikletlə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ -VİDEO

Motosikletlə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ -VİDEO

Tramp Rusiyaya 50 gün VAXT VERDİ - Əks halda…

Tramp Rusiyaya 50 gün VAXT VERDİ - Əks halda…

Naxçıvan fövqəladə hallar nazirinə yeni müavin TƏYİN EDİLDİ

Naxçıvan fövqəladə hallar nazirinə yeni müavin TƏYİN EDİLDİ

Tiktoker Rəşad Abdullayevlə bağlı QƏRAR VERİLDİ

Tiktoker Rəşad Abdullayevlə bağlı QƏRAR VERİLDİ

Aysun qızı Sevginin VİDEOSUNU paylaşdı

Aysun qızı Sevginin VİDEOSUNU paylaşdı

Mingəçevirdə paltar mağazası YANDI

Mingəçevirdə paltar mağazası YANDI

End of content

No more pages to load

RADİO