Macarıstanda min ildən çox tarixi olan kitabxana hazırda təhlükə ilə üz-üzədir. Neçə-neçə orduların yıxa bilmədiyi kitabxananı “çörək böcəyi” kimi də tanınan balaca həşəratlar məhv edir.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, 400 min kitab bir-bir çıxarılaraq, xüsusi yeşiklərə yerləşdirilib. 100 mini isə böcəklərin “mədə”sindədir.
Böcəklər kitabxananın müntəzəm təmizlənməsi zamanı aşkar edilib. Rəflərdə qeyri-adi toz təbəqəsi müşahidə edilib, bəzi kitabların səhifələrində dəliklər görünüb.
996-cı ildə, Macarıstan Krallığının qurulmasından əvvəl tikilmiş Pannonhalma Abbatlığı kitabxanası ölkənin və Mərkəzi Avropanın ən mühüm dini və mədəniyyət mərkəzlərindən biridir. Əsrlər boyu müharibələrdən və dağıntılardan sağ çıxan kitabxana YUNESKO-nun Dünya İrsinə daxil edilib.
Bizim.Media