Rusiyada “Vzlyot” aviaşirkətinə məxsus Mi-8 tipli helikopter Oxotsk yaşayış məntəqəsindən Maqadana uçuş zamanı itkin düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Məlumata əsasən, hava gəmisinin göyərtəsində 5 nəfər olub.
Helikopter yerli vaxtla dünən saat 19:00-da təyinat məntəqəsinə çatmalı idi. Lakin o, əlaqəyə çıxmayıb və Maqadana enməyib.
Bununla əlaqədar axtarış tədbirləri təşkil olunub.
Bizim.Media