Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya “Patriot” hava hücumundan müdafiə raketləri göndərəcək.
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Merilənd ştatındakı Endryus Birgə Bazasında jurnalistlərə bu barədə açıqlama verib.
O, Ukraynaya neçə “Patriot” raket sistemi göndəriləcəyini bildirməyib.
"Bunun üçün pulu Avropa İttifaqı ödəyir. Biz heç nə ödəmirik, amma onlara ehtiyacı olan qədər” Patriot”lar göndərəcəyik", - deyə ABŞ Prezidenti vurğulayıb.
Bizim.Media