ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukraynaya səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak öz "Telegram" kanalında məlumat yayıb.
Yermak qeyd edib ki, Kit Kelloq təhlükəsizlik, silah, sanksiyalar və insan təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün Kiyevə səfər edib:
"Müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silahlar, sanksiyalar, xalqımızın müdafiəsi, Ukrayna ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi — müzakirə ediləcək çoxlu mövzular var.
Rusiya atəşi dayandırmaq istəmir. Güc vasitəsilə sülh ABŞ prezidenti Donald Trampın prinsipidir və biz bu yanaşmanı dəstəkləyirik " , - Yermak vurğulayıb.
Bizim.Media