UFC-nin (Ultimate Fighting Championship) prezidenti Deyna Uayt Şanxayda keçiriləcək turnirin biletlərinin satışından danışıb.
Onun sözləri Neşvildə baş tutan turnirdən sonra keçirilən mətbuat konfransında səsləndirilib.
Bizim.Media xəbər verir ki, konfransın videosu UFC-nin YouTube kanalında yerləşdirilib.
“Çindəki turnirdən danışmışdım sizə? Xəbəriniz var? Bu turnirin bütün biletlərini bir dəqiqəyə satdıq. Hətta bir dəqiqədən də az vaxtda. Biz əyləncəli işlər görürük,” – deyə Uayt bildirib.
UFC-nin Şanxay turniri 23 avqustda baş tutacaq. Əsas döyüş proqramında rusiyalı Sergey Pavloviç, Dominikan Respublikasını təmsil edən Valdo Kortes-Akosta ilə qarşılaşacaq.
Gecənin əsas döyüşündə braziliyalı Conni Uoker və çinli Jang Minqianq üz-üzə gələcəklər. İkinci ən önəmli döyüş isə amerikalılar Brayan Orteqa və Alcemeyn Sterlinq arasında olacaq.
Turnir 15 mindən çox tamaşaçı tutumuna malik olan Shanghai Indoor Stadium arenasında keçiriləcək. Qeyri-rəsmi məlumata görə, biletlərin qiyməti 60 ilə 1800 dollar arasında dəyişib.
Bizim.Media