Yunanıstanın paytaxtı Afinanın Kolonos rayonundakı bir kafedə baş verən atışma nəticəsində iki nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kathimerini nəşri məlumat yayıb.
Yaralananlardan biri Türkiyə vətəndaşı, digəri isə kafenin sahibəsinin həyat yoldaşı olan polis əməkdaşıdır.
Hər iki şəxs ayaqlarından yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, türk vətəndaşı kafenin qarşısına çıxaraq kimlərləsə danışmağa çalışıb, lakin birdən geri qaçmağa başlayıb, sanki onu təqib ediblər.
Bir neçə dəqiqə sonra başqa bir şəxs kafeyə daxil olub, onun ayaqlarına atəş açaraq hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Bizim.Media