Bakı Makronu danışıqlar masasına oturmağa MƏCBUR ETDİ

Fransa yenidən Azərbaycan qarşısında rəzil bir məğlubiyyət aldı. Bu dəfə Sakit okeandakı Yeni Kaledoniya məsələsində. Rəsmi Paris kanakların – Yeni Kaledoniyanın yerli əhalisinin milli hərəkatı ilə misli görünməmiş güzəştlərə getməli oldu və imzalanmış saziş bu arxipelaqı əslində “dövlət içində dövlət” statusuna yüksəltdi.

Bizim.Media xəbər verir ki, təbii ki, bu sənədlər hələ Yeni Kaledoniyanın tam müstəqilliyi anlamına gəlmir. Müdafiə, təhlükəsizlik, ədliyyə və ictimai asayiş sahələri Fransanın səlahiyyətində qalır. Adalarda hələ də Avro ilə bağlı olan Sakit okean frankı – dünyanın sonuncu müstəmləkə valyutası işlədilir və BMT üzvlüyü də nəzərdə tutulmur. Hətta kanaklar adada 15 il yaşamış hər kəsin seçkilərdə iştirak etməsi ilə razılaşmağa məcbur oldular. Bu bənd 2024-cü ildə etirazlara səbəb olmuşdu. Çünki Fransa illərdir adaya “materikdən” fransızları köçürür və nəticədə yerli kanaklar öz torpaqlarında azlığa çevrilib.

Amma bütün bunlara baxmayaraq, Yeni Kaledoniya dövlət statusu əldə edir. Öz bayrağı, gerbi və himni, beynəlxalq siyasətdə müstəqil mövqe tutmaq hüququ olacaq. Fransa bundan sonra bölgədəki fəaliyyəti barədə Yeni Kaledoniya rəhbərliyini mütləq məlumatlandırmalıdır. Ən önəmlisi – nikel yataqlarının istismarı üzrə hər iki tərəf ortaq razılaşma ilə hərəkət etməlidir. Yerli hakimiyyət öz polisini yaratmaq, “ənənəvi dəyərlərin qorunması” üçün tədbirlər görmək hüququ qazanır. Yeni Kaledoniya öz vətəndaşlığını da elan edəcək. Faktiki olaraq bu ərazi geniş muxtariyyət alır.

Və ən diqqətçəkən məqam: Fransa Prezidenti Emmanuel Makron danışıqlarda şəxsən iştirak etməyə məcbur qaldı. Saziş nəticəsində Fransa Konstitusiyasının Yeni Kaledoniyaya aid bölməsi dəyişdirilməlidir. Bu da artıq Korsika, Bretan, Fransız Bask bölgəsi kimi bölgələrdə də müstəqillik istəyənlər üçün presedent yaradır. Ekspertlər haqlı olaraq xəbərdarlıq edirlər: presedent varsa, ondan istifadə edəcək qüvvələr də olacaq.

Bu nə deməkdir?

Paris uzun illər boyu danışmaq belə istəmədiyi mövzularda geriyə addım atmağa məcbur qaldı. Və bunun səbəbi də aydındır.

Bütün bu prosesdə Azərbaycanın rolu

Fransanı kanak hərəkatına güzəştə vadar edən səbəblərdən biri də Yeni Kaledoniya məsələsinin beynəlmiləlləşməsidir. Bu da çox böyük ölçüdə Azərbaycanın təşəbbüsü və fəaliyyəti ilə baş verdi.
 

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, Yeni Kaledoniyada anti-kolonial hərəkatı açıq şəkildə dəstəklədi. Bakıda fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu bu hərəkatla birbaşa əməkdaşlıq etdi, dünyaya açıq çağırışlar edildi, forumlar təşkil olundu, çıxışlar yayımlandı. Beləliklə, ilk dəfə olaraq, kanaklar beynəlxalq dəstəyə sahib oldu. Və nəticədə müstəqillik tərəfdarları Bakı forumlarında Azərbaycan bayrağını qaldırdılar.


Paris bu fəaliyyətlərə qarşı açıq narazılıq ifadə etdi. Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etdilər, azərbaycanlı jurnalistlərin ölkəyə girişini qadağan etdilər, onları əsassız olaraq casusluqda ittiham etdilər. Amma görünür ki, Sena sahillərində bu dəfə "ağ adamın qışqırığı" işə yaramadı. Azərbaycan nə beynəlxalq hüquqdan, nə də Qoşulmama Hərəkatındakı öhdəliklərindən kənara çıxmadı.

Nəticədə 12 iyulda Parisdə baş verənlər – Azərbaycanın siyasi qələbəsi kimi dəyərləndirilir. Sadəcə ona görə yox ki, Bakı mövqe ortaya qoydu – həm də ona görə ki, bu mövqe peşəkar və zamanın ruhuna uyğun idi. Fransa isə hələ də köhnə imperiya ilğımında yaşayır, reallığı isə Bakı diktə edir. (Minval.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniya klubunda oynamış futbolçu “Neftçi”də

İspaniya klubunda oynamış futbolçu “Neftçi”də

“Zirə” Türkiyə klubu ilə qarşılaşacaq

“Zirə” Türkiyə klubu ilə qarşılaşacaq

“İmişli”də daha bir braziliyalı futbolçu

“İmişli”də daha bir braziliyalı futbolçu

“Zirə”nin legioneri Sloveniya klubu ilə anlaşdı

“Zirə”nin legioneri Sloveniya klubu ilə anlaşdı

Serbiya inqilab təhlükəsi ilə ÜZ-ÜZƏ

Serbiya inqilab təhlükəsi ilə ÜZ-ÜZƏ

Putinin qəribə VƏRDİŞİ

Putinin qəribə VƏRDİŞİ

Bitcoin yeni rekorda imza atdı

Bitcoin yeni rekorda imza atdı

UFC Şanxayda: Bütün biletlər bir dəqiqədən az vaxtda satılıb

UFC Şanxayda: Bütün biletlər bir dəqiqədən az vaxtda satılıb

Afinada atışma: Türkiyə vətəndaşı yaralandı

Afinada atışma: Türkiyə vətəndaşı yaralandı

Joaxim Löv Özbəkistan yığmasının baş məşqçisi olacaq?

Joaxim Löv Özbəkistan yığmasının baş məşqçisi olacaq?

Almaniyada məcburi hərbi xidmət bərpa ediləcək?

Almaniyada məcburi hərbi xidmət bərpa ediləcək?

Qaranlığa qərq olan Bakı küçələri - VİDEO

Qaranlığa qərq olan Bakı küçələri - VİDEO

Bu ölkədə meşə yanğını başlayıb

Bu ölkədə meşə yanğını başlayıb

Azərbaycanda ətin qiyməti qalxdı - VİDEO

Azərbaycanda ətin qiyməti qalxdı - VİDEO

İsrail ordusu HƏMAS-ın bir neçə sahə komandirini MƏHV ETDİ - FOTO

İsrail ordusu HƏMAS-ın bir neçə sahə komandirini MƏHV ETDİ - FOTO

Fransada məhbus həbsxanadan çantada gizlənərək qaçıb

Fransada məhbus həbsxanadan çantada gizlənərək qaçıb

Rusiyada azərbaycanlı biznesmenlərin həbsi davam edir – FOTO

Rusiyada azərbaycanlı biznesmenlərin həbsi davam edir – FOTO

Bakı Makronu danışıqlar masasına oturmağa MƏCBUR ETDİ

Bakı Makronu danışıqlar masasına oturmağa MƏCBUR ETDİ

Zelenskidən KREMLƏ xəbərdarlıq: “Müharibəni Rusiyanın ərazisinə keçirəcəyik”

Zelenskidən KREMLƏ xəbərdarlıq: “Müharibəni Rusiyanın ərazisinə keçirəcəyik”

Ukraynalı polkovnikin qətlində sensasion detal – Qatillər azərbaycanlıdır? - FOTO

Ukraynalı polkovnikin qətlində sensasion detal – Qatillər azərbaycanlıdır? - FOTO

Bakıda çoxmərtəbəli binada yanğın – FOTO

Bakıda çoxmərtəbəli binada yanğın – FOTO

London yaxınlığında TƏYYARƏ qəzaya uğradı - VİDEO

London yaxınlığında TƏYYARƏ qəzaya uğradı - VİDEO

Orta məktəblərimizdə Çin dilinin tədrisi: Səmərəli olacaqmı?

Orta məktəblərimizdə Çin dilinin tədrisi: Səmərəli olacaqmı?

Yeni tikilən Gəncə stadionundakı durum - FOTO

Yeni tikilən Gəncə stadionundakı durum - FOTO

End of content

No more pages to load

RADİO