ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, tarixdə Amerikanı xilas etmiş bir lider kimi qalmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu fikri o, “Fox News” telekanalına verdiyi müsahibə zamanı gəlini, jurnalist Lara Tramp tərəfindən ünvanlanan sualı cavablandırarkən səsləndirib.
Görüş zamanı Lara Tramp ondan soruşub:
"Əgər ikinci dəfə prezident olsanız, necə xatırlanmaq istəyərdiniz? Tarixə necə düşmək istəyirsiniz?".
Donald Tramp isə bu suala belə cavab verib: "Mən istəyirəm ki, insanlar məni Amerikanı çöküşdən, yox olmaqdan xilas edən adam kimi xatırlasınlar. Mən ölkəmizi çox sevirəm və onun nə qədər təhlükə altında olduğunu görürəm. Əgər bu gedişat davam etsəydi, Amerika daha Amerika olmazdı. Mən bu prosesi dayandırmaq, yönü dəyişmək və xalqı yenidən birləşdirmək üçün buradayam."
Tramp həmçinin vurğulayıb ki, onun məqsədi yalnız hakimiyyətə qayıtmaq deyil, ölkənin gücünü, iqtisadiyyatını və dünya səhnəsində nüfuzunu bərpa etməkdir. O, əvvəlki administrasiyanı zəiflikdə və "ölkəni dağılma nöqtəsinə gətirməkdə" ittiham edib.
Sonda Tramp bildirib ki, tarixdə iz qoymaq üçün liderin konkret nəticələr göstərməsi vacibdir, sözlərlə yox, əməllə.
Bu açıqlama, Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkiləri öncəsi apardığı kampaniyada "Amerikanı yenidən böyük etmək" şüarını bir daha ön plana çıxarır.
Bizim.Media