“Böyük Britaniya təcili olaraq Rusiyayla mümkün müharibəyə hazırlaşmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Qərargahının keçmiş rəhbəri, general və "ser" titullu Patrik Sanders bəyan edib.
O qeyd edib ki, ölkə önümüzdəki beş il ərzində Rusiya ilə potensial müharibəyə qarşı təcili tədbirlər görməlidir: “2030-cu ilə qədər Rusiya ilə müharibə real ehtimaldır və buna görə də hökumət dərhal bombadan qoruyucu sığınacaqlar və yeraltı komanda mərkəzləri tikməyə başlamalıdır”.
Sanders hazırkı hazırlıq səviyyəsini yetərsiz adlandırıb və bildirib ki:
Britaniyanın hava hücumundan müdafiə sistemlərinə investisiyaları təhlükəli dərəcədə azdır;
Ordunun uzunmüddətli münaqişə üçün kifayət qədər şəxsi heyəti və ehtiyat qüvvəsi yoxdur.
O əlavə edib ki, əvvəllər milli dayanıqlığın artırılması ilə bağlı irəli sürülmüş təkliflər ya çox baha, ya da panika doğuracaq kimi qiymətləndirilərək rədd edilmişdi.
Bizim.Media