İsrail Hərbi Hava Qüvvələri Cənubi Livana yeni zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, hücum Əl-Xiyam şəhəri ətrafında həyata keçirilib. Zərbənin hədəfi “Hizbullah”ın hərbi qanadının üzvlərindən biri olub. Həmin şəxs hava zərbəsi nəticəsində məhv edilib.
Hərbçilər hədəfin adını açıqlamayıblar, lakin qeyd ediblər ki, o, təşkilatın tank əleyhinə bölmələrində fəaliyyət göstərib.
Bizim.Media