Sosial şəbəkələrdə Tehranın cənub-qərbində, Mehrabad hava limanı yaxınlığında güclü partlayışın baş verdiyinə dair video görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, yayılan görüntülərdə ərazidə göyə qalxan qatı tüstü sütunu görünür.
Bəzi media qurumları partlayışın dəqiq yerini Mehrabad hava limanı kimi göstərsə də, hökumət mediası bu iddianı dərhal təkzib edib.
Hələlik partlayışın səbəbi və miqyası barədə rəsmi açıqlama verilmir.
Bizim.Media