Suriyanın Ləzkiyə bölgəsində meşəlik ərazidə baş verən yanğın, Türkiyənin cənub sərhədində yerləşən Hatayın Yayladağı rayonuna keçib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, günlərlə davam edən yanğın səbəbindən Yayladağı rayonunu qatı tüstü bürüyüb. Sərhəd xətti boyunca davam edən və zaman-zaman Türkiyə tərəfinə keçən alovlara hal-hazırda müdaxilə edilməkdədir.
Hadisə yerinə 180 texnika və 800 nəfər yanğınsöndürən səfərbər olunub.
Bizim.Media