“Ümid edirəm ki, bu gün atılan mühüm addım — terrorizmdən uzaq Türkiyə hədəfinə doğru yolumuzda xeyirli nəticələr verəcək”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın tərksilah olunması ilə bağlı paylaşımında bildirib.
“Uca Allahdan diləyimiz budur ki, ölkəmizin təhlükəsizliyi, xalqımızın əmin-amanlığı və regionda davamlı sülhün təmin olunması naminə çıxdığımız bu yolda məqsədlərimizə çatmağı bizə nəsib etsin”, - Ərdoğan qeyd edib.
Qeyd edək ki, PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində tərksilah olması prosesi başa çatıb.
Bu günə qədər onminlərlə insanın ölümünə səbəb olan PKK terror təşkilatı 27 noyabr 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində qurulub. Təşkilatın ilk hücumu 1984-cü il avqustun 15-i axşam saatlarında Siirtin Eruh və Hakkarinin Şəmdinli rayonlarında həyata keçirilmiş, nəticədə 1 əsgər şəhid olmuş, 9 əsgər və 3 mülki şəxs yaralanmışdı.
Bizim.Media