Türkiyədə qoruma altında olan dağ sarımsağını icazəsiz yığımı 557 min lirəyə qədər cəriməyə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, “Yabanı” və ya “ayı sarımsağı” adlanan bu bitki, təbiətdə özbaşına yetişsə də, nəsli təhlükə altındadır və qanunla qorunur.
Mütəxəssislər xəbərdarlıq edir: bu bitkinin icazəsiz toplanması təkcə şəxsi deyil, həm də ekoloji zərərə yol açır. Market və yol kənarlarında satılan məhsulların da qanuni olub-olmadığına diqqət yetirilməlidir. Bir dəstə sarımsaq, cibinizə böyük zərər verə bilər. (News24.az)
Bizim.Media