Rusiya Dövlət Duması qida istehsalında böyük həcmdə palma yağının istifadəsindən narahatdır.
Bizim.Media xəbər verir ki, iyulun 9-da keçirilən növbəti iclasda parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikova “bu məsələ ilə bağlı konkret həll yolları hazırlamaq” çağırışı ilə müraciət edib.
"Bazara daha çox palma yağı daxil olur. O, uşaqların istehlak etdiyi məhsulların - dondurma, şirniyyat istehsalında istifadə olunur. Bu, bizi narahat etməyə bilməz", - Dövlət Dumasının sədri qeyd edib.
Volodinin sözlərinə görə, bu məsələ dəfələrlə qaldırılıb. O xatırladıb ki, əvvəllər palma yağı uşaq qidası kimi vergiyə cəlb olunub.
"Söhbəti konkret qərarlara köçürək. Güzəştli vergitutmanın ləğvi ilə bağlı qanun qəbul edilib. İqtisadi İnkişaf Nazirliyindən də təkliflər olmalıdır", - deyə o, yekunlaşdırıb. (Publika.az)
Bizim.Media