“Ukraynanın bərpası 14 il və 1 trilyon dollara başa gələcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Romada keçirilən Ukraynanın Bərpası Konfransında məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə iki fondun yaradılması təklif olunur:
“Birinci fondun həcmi 540 milyard dollar təşkil edəcək və o, Rusiya aktivlərinin müsadirəsi, eləcə də Rusiya xammalının ixracına tətbiq ediləcək xüsusi vergi hesabına formalaşacaq.
İkinci fond isə 460 milyard dollarlıq investisiya platforması olacaq və Avropa özəl sektorunun Ukrayna istehsalatına sərmayələrini özündə cəmləşdirəcək”.
Bizim.Media