Bu gün səhər saatlarında Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumları həyata keçirib. Hücumlarda ümumilikdə 415 ədəd raket və İran istehsalı “Shahed” pilotsuz uçuş aparatı (PUA) istifadə olunub.
Bizim.Media xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, 164 ədəd “Shahed” PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Eyni zamanda, 8 “İsgəndər-M” və 6 ədəd X-101 tipli raket də Ukraynanın elektron müdafiə sistemləri vasitəsilə vurulub.
Hücumlar nəticəsində Kiyev vilayətində ciddi dağıntılar və infrastruktur zərərləri qeydə alınıb. Yaralananlar və maddi itkilərlə bağlı araşdırmalar davam edir.
Bizim.Media