İranın nüvə silahına malik olduğuna dair heç bir sənəd yoxdur.
Bizim.Media xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.
Onun sözlərinə görə, Tehranın agentliklə əməkdaşlığının azalması qlobal təhlükəsizliyə qarşı təhdiddir.
AEBA müfəttişlərinin İranın nüvə obyektlərinə girişinə qadağa qoyulmasına da toxunan Qrossi “bizim obyektlərə çıxışımız nə qədər az olarsa, risklər də bir o qədər çox olacaq”, - deyə, vurğulayıb. (Iran International)
Bizim.Media