“Avropa İttifaqı (Aİ) artıq Rusiya ilə müharibəni uduzub, Ukrayna isə hələ də müqavimət göstərir”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Patrióta YouTube kanalına verdiyi müsahibədə bildirib.
“Mən hesab edirəm ki, Ukraynanın öz gələcəyini müəyyən etmək haqqı var. Əgər sülh istəyirsə, sülh olsun, əgər müharibə istəyirsə - müharibə. Amma bu səhv strategiya çərçivəsində bizdən kömək istəyə bilməz... Avropa İttifaqı bu müharibəni artıq uduzub, Ukrayna isə cəbhə xəttində geri çəkilsə də, hələ də dayanır. Amma düşünürəm ki, Ukrayna da bu müharibəni uduzub”, - o qeyd edib.
Orban bildirib ki, bu müharibəni cəbhədə udmaq mümkün deyil:
“Onu yalnız diplomatiya ilə bitirmək olar və gələcək itkilərin qarşısını almaq və ya onları azaltmaq mümkündür,” — deyə Orban qeyd edib ki, Ukraynadakı toqquşma yalnız diplomatik yolla həll oluna bilər, cəbhədə deyil”.
Onun sözlərinə görə, atəşkəs yalnız Vladimir Putin və Donald Tramp görüşdükdən sonra mümkün olacaq.
Bizim.Media