Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.
Ərdoğan CHP lideri Özgür Özələ müraciət edərək qeyd edib ki, Konstitusiya və Seçki qanunu dəyişmədiyi üçün prezident və parlament seçkiləri 2028-ci ildə, bələdiyyə seçkiləri isə 2029-cu ildə baş tutacaq.
Türkiyə lideri hazırda siyasi gündəmdə seçki məsələsinin olmadığını vurğulayıb.
Bizim.Media