Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB

“İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına dair şərhində yer alıb.

“İran İslam Respublikasının səfirinin diqqətinə çatdırırıq ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.
 

Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.


Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb.

Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir.

Bununla əlaqədar, İran səfirinin Ermənistanın Armenpress agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil”, - şərhdə deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnşası davam edən Murovdağ tunelində son vəziyyət - VİDEO

İnşası davam edən Murovdağ tunelində son vəziyyət - VİDEO

Qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ

Qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ

Azərbaycan və Çin arasında dəmiryol sahəsində əməkdaşlıq üzrə yeni mərhələ: Anlaşma Memorandumu imzalandı – FOTO

Azərbaycan və Çin arasında dəmiryol sahəsində əməkdaşlıq üzrə yeni mərhələ: Anlaşma Memorandumu imzalandı – FOTO

Üç bürc yaxın günlərdə tənhalıqla vidalaşacaq

Üç bürc yaxın günlərdə tənhalıqla vidalaşacaq

Ciddi məsələlərin qeyri-ciddi HƏLLİ – Dünya “siqaret diplomatiyası” ilə idarə olunur?

Ciddi məsələlərin qeyri-ciddi HƏLLİ – Dünya “siqaret diplomatiyası” ilə idarə olunur?

Şəkidə AĞIR QƏZA – Xəsarət alanlar var

Şəkidə AĞIR QƏZA – Xəsarət alanlar var

Rusiya 100 minlik qoşun TOPLADI - Böyük hücum BAŞLAYIR

Rusiya 100 minlik qoşun TOPLADI - Böyük hücum BAŞLAYIR

24 nəfərin xəsarət aldığı qəzadakı mikroavtobus qanunsuz işləyirmiş – RƏSMİ

24 nəfərin xəsarət aldığı qəzadakı mikroavtobus qanunsuz işləyirmiş – RƏSMİ

Bu il 6 minə yaxın məcburi köçkün Xocalı və Ağdərənin kəndlərinə qayıdacaq

Bu il 6 minə yaxın məcburi köçkün Xocalı və Ağdərənin kəndlərinə qayıdacaq

Tanınmış aktyor aparıcı ilə nişanlandı - Fotolar

Tanınmış aktyor aparıcı ilə nişanlandı - Fotolar

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

17 ildən sonra İLK – Makrondan Britaniyaya gözlənilməz ÇAĞIRIŞ

17 ildən sonra İLK – Makrondan Britaniyaya gözlənilməz ÇAĞIRIŞ

“Kubinka”dakı təhlükəli lyukla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

“Kubinka”dakı təhlükəli lyukla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Şəfa Əlizadə vəfat etdi

Şəfa Əlizadə vəfat etdi

Bu gün dünyada ilk yaşanacaq

Bu gün dünyada ilk yaşanacaq

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə GETDİ - FOTO

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə GETDİ - FOTO

ŞOK: Şaftalıları satmazdan öncə boyadı – HƏR KƏS ONU AXTARIR - VİDEO

ŞOK: Şaftalıları satmazdan öncə boyadı – HƏR KƏS ONU AXTARIR - VİDEO

Şantajla məşğul olan 17 və 18 yaşlı gənclər tutuldu

Şantajla məşğul olan 17 və 18 yaşlı gənclər tutuldu

Avropa İttifaqı Ukraynaya 100 milyard avro ayıracaq

Avropa İttifaqı Ukraynaya 100 milyard avro ayıracaq

Ərdoğan mühüm məlumatı elan etdi

Ərdoğan mühüm məlumatı elan etdi

Trampdan Rusiyaya gözlənilməz ZƏRBƏ – Ukrayna savaşı yeni mərhələyə QƏDƏM QOYUR

Trampdan Rusiyaya gözlənilməz ZƏRBƏ – Ukrayna savaşı yeni mərhələyə QƏDƏM QOYUR

Dünyanı heyrətə gətirən 5 təsadüfi hadisə

Dünyanı heyrətə gətirən 5 təsadüfi hadisə

Bu həftə yayımlanmayacaq

Bu həftə yayımlanmayacaq

İyulun 11-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

İyulun 11-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

End of content

No more pages to load

RADİO