Avropa 2030 və ya 2031-ci ilə qədər Rusiya ilə müharibəyə hazır olacaq.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Andrey Qurulev deyib.
Onun sözlərinə görə, Avropa ölkələrinin başçıları və hökumətləri öz əhalisini qaçılmaz münaqişəyə hazırlayır:
“Düşünürəm ki, 2029-cu ilə qədər Avropa İttifaqının (Aİ) münaqişəyə hazırlaşmağa vaxtı olmayacaq”.
Qeyd edək ki, iyun ayında “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan Avropa İttifaqının Rusiyaya müharibə elan etmək istəyini açıqlamışdı.
Mart ayında Avropa Komissiyası “Avropanın yenidən silahlanması” adlı yeni müdafiə strategiyasını təqdim edib. Bir sıra Aİ ölkələrinin etirazlarından sonra sənədin adı “Hazırlıq 2030” olaraq dəyişdirilib. Strategiya dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur. (Globalinfo.az)
Bizim.Media