Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev miqrantların seçimi üçün yeni üsul - “işıqfor prinsipi”. təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Tsarqrad” telekanalına müsahibəsində danışıb.
Deputatın fikrincə, xarici işçilərin məqsədli şəkildə zavod və tikinti sahələrinə cəlb olunması mümkündür.
Lakin əksər miqrantlar xidmət sektorunda – kuryer, taksi sürücüsü və ya qeyri-rəsmi işlərdə çalışmaq istəyirlər ki, bu da onların izlənilməsini çətinləşdirir.
“Bu səbəbdən, miqrantların gəldiyi ölkələri cinayət səviyyəsinə görə “qırmızı”, “sarı” və “yaşıl” zonalara bölmək lazımdır. Məqsədli işçi cəlbi yalnız “yaşıl” zonalardan gələnlərə tətbiq oluna bilər. Təəssüf ki, bu məsələ bizim iş adamları tərəfindən nəzərə alınmır”, – deyə deputat bildirib.
Bizim.Media