Ukrayna Prezidenti Volodimir Zelenski Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, siyahıda Çin Xalq Respublikasında qeydiyyatdan keçmiş beş hüquqi şəxsin adı göstərilir.
Sanksiyaya aktivlərin dondurulması, ticarət əməliyyatlarının aparılmasının və aktivlərin Ukraynadan çıxarılmasının qadağan edilməsi daxildir. Qadağalar 10 il müddətinə tətbiq edilir.
Bizim.Media