ABŞ Prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putinlə bağlı planlarının olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.
O, jurnalistin “Siz az əvvəl dediniz ki, Vladimir Putindən narazısınız. Bəs nə etməyi planlaşdırırsınız?” sualına cavabında bildirib ki, Putinə sürpriz hazırlayır:
“Amma nə olduğunu sizə deməyəcəm. Axı biz kiçik bir sürpriz etmək istəmirik. Bu nə isə böyük bir şey olmalıdır. Putin bizə bir yığın cəfəngiyyat atdı. Qulağa xoş gəlir, amma əslində mənasızdır”.
Tramp həmçinin qeyd edib ki, Rusiyaya qarşı sanksiyaları nəzərdən keçirir, həm də çox ciddi şəkildə.
Bizim.Media