Rusiyada "Lukoil" şirkətinin obyektində neft rezervuarı partlayıb. Hadisə Komi Respublikasında meydana gəlib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri Mash telegram kanalı yayıb.
İlkin ehtimala görə, təmir işləri aparılan istifadəsiz maye və qaz konteyneri yanıb.
"Lukoil"un mətbuat xidməti bu məlumatı təsdiqləyib və insident barədə “ciddi bir şey yoxdur” ifadəsini səsləndirib. Zərərçəkənlərlə bağlı məlumat verilmir.
Xatırladaq ki, "Lukoil" neft şirkəti Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərov tərəfindən yaradılıb.
Bizim.Media