Dünən İran prezidenti Məsud Pezeşkian Azərbaycanın hava məkanından İsrailin İrana qarşı hərbi məqsədlərlə istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bizim.Media “Azad İran” Telgram kanalına istinadən xəbər verir ki, Pezeşkian bu iddiaların rəsmi qurumlar tərəfindən təsdiq olunmadığını vurğulayıb.
“Bəzi söz-söhbətlərin əksinə olaraq, qonşularla İsrail arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməyib”, deyə o, qeyd edib.
Pezeşkian əlavə edib ki, əksinə, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, bundan əvvəl İranın media qurumları və ekspertləri İsrailin İrana zərbələr endirmək üçün bölgə ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia ediblər. (Donya-e-eqtesad)
Bizim.Media