12 günlük müharibə zamanı İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bunu İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun prezidenti Səid Ohadi İran dövlət televiziyasında çıxışı zamanı bildirib.
“Bu günə kimi İsrail rejiminin İrana hücumunda həlak olan 1060 nəfəri dəfn etdik", - deyə o, əlavə edib.
Daha əvvəl İslam Respublikasında gedən döyüşlərdə 935 nəfərin həlak olduğu bildirilmişdi.
Bizim.Media